суббота, 5 ноября 2011 г.

Yuxuma kim girsə yaxşıdı?

Bu gecə yuxumda böyük diktator Müəmmar Qəddafini gördüm. İlk olaraq hansı məkanda (cənnətdə yaxud cəhənnəmdə) olduğunu soruşdum. Mənə “sizin diktatorun yanındayam, indi özün tap görüm harda ola bilərəm?” deyə cavab verdi.
Dedim: “Bəy, özün bir yana, bizim kişinin vəziyyəti necədi, incidib eləmirlər onu?”
Gülərək cavab verdi: “Yekə oğlansan, məzələnmə də məynən ( “bəy” sözümün qarşılığında). Bura təzə düşəndə mənə daydaylıq edirdi. Əvvəl-əvvəl bir neçə adamın ona “baba” deyə müraciət etdiyini görəndə düşündüm ki, babat hörməti var. Sonra
baba deyənlərin iranlılar olduğunu bildim. Nə yalan deyim, mənə “Adın-sanın var, sənin xəbərin yoxdu sən gəlməmişdən qabaq buralarda nələr olub. Odur ki oturub durduğun adamlara fikir ver!” dedilər.”
Mən “Çoxmu pis haldadı?” soruşanda “bu söhbəti bağla, bloguna yazacaqsan, sonra səninçün yaxşı olmayacaq” dedi, ərəb diktatoru.
Bir az hal-əhval tutduq, dünyadakı siyasi proseslərdən danışdıq. Qəddafi qağanın ürəyi sanki dolu imiş. Öz dərdi qalıb bir yana azərbaycanlı həmkarından söhbətini davam etdi: “Heydər oğlu üçün çox narahatdı. Özünün etdiklərinin və daha çoxunun İlham Əliyev tərəfindən təkrarlanmasını istəmir. “Mən olsaydım başqa şeylər fikirləşərdim” deyir.”
Hamının vermək istəyəcəyi bir sual da verdim: “Müəllim,oturub söhbət eliyəndə peşiman olduğunuzu bir-birinizə etiraf edirsiniz?”
... set getdi. Bir də ayıldlm ki, telefonumun ekranında bərk vibrasiya altında “Manıs CALLİNG” (Manıs zəng vurur) yazılıb.
 
P.S. Sonuncu sualıma can verərkən dediyi sözlərdən (Siz nə edirsiniz? Mən Qəddafiyəm. Siz məni öldürməməlisiz. MƏN GÜNAHSIZAM) fərqli sözlərlə cavab verməyəcəkdi.