четверг, 12 апреля 2012 г.

Mülkiyyət (FOTO)

Mirzağa Əliyev küçəsində yaşayan neçə-neçə ailənin taleyi məhv edilir

Qonşularının yarısından çoxu evlərini satıb getməyə məcbur olub. Zemfira xala isə təklif olunan pula normal ev tapa bilmir

Həşimova Zemfira: "Evimin müqabilində mən çölə atılacam, kimlərsə istirahət edəcək, pul qazanacaq"``

2 mərtəbəli evindən çıxması üçün ona 36 min manat təklif olunur

Sülh və Demokratiya İnstitunun yerində qurulan inkişaf

Muxtar Rzayevdən miras qalan evi Əli Rza Muxtar oğlu Süleymana miras qoymaq istəyir, amma evlər sökülməkdədir

Evlər sökülməyə başlayandan bəri 9 yaşlı Süleyman evin içində "ana divarın" dibində durur ki, birdən ev yıxılsa zərərdən az da olsa yayına bilsin

Yaxınlıqdakı binalarda 2 otaqlı evin qiyməti sökülməkdə olan 2 otaqlı evin qiymətindən 2 dəfə çoxdur

Bəstəkar Əli Rza Muxtar və qardaşı İlqar evlərindən çıxmaları üçün onlara edilən təzyiqlərə təslim olmur və ata yadigarı olan evi qorumağa çalışır

Gecə saat 3-də İlqar Rzayev 2 yaşlı körpəsini və həyat yoldaşını qucağına çəkməsəydi indi onlar buldozerin evin damından içəri tökdüyü daşların altında idilər