четверг, 15 августа 2013 г.

Gənclər və İdman Naziri Azad Rəhimova suallarım

Cənab nazir , o Azərbaycan gəncliyi 2011-2015 dövlət programı vardı, ondan nə xəbər var? 2013-dü program hələ məni qıdıxlamıyıb

Cənab nazir , ölkədə siyasi aktivliyinə görə şərlənərək həbs olunmuş çoxlu sayda gənclər var.Onların taleyi sizi maraqlandırır?

Cənab nazir , gənclərdən ibarət "işsizlər ordusu" işğal altındakı torpaqlarımızı almağa qadirdir. Bəlkə döyüşə gedək?

Cənab nazir , gənclərin burdan 140 simvola yaza bilmədiyim N sayda problemləri var. Bəlkə oturub çay içə-içə söhbət edək?
Cənab nazir , deyirsiz ki sizə olan suallarımızı İlham Əliyevin rəsmi FB səhifəsinə ünvanlayaq. Bəs ona olan sualları nağayraq?

среда, 31 июля 2013 г.

Tum çırtlayan qaqaş olmayın, hadisəni çəkin

Biri yazır ki tıxacda avtobusla gedirdim, bir də gördüm yol kənarında Hərbi Tibbi Yardım maşını xarab olub dayanıb, içində də ağır yaralı əsgər qan içində. Əsgərin atası digər hərbçilərə qışqırır ki, bəs "mənim oğlum burda can verir sizin maşınınız xarab olub?!"
İndi bunu yazan dost məndən xəbər alır ki, bu barədə mediyada məlumat gedibmi?
Cavabım belə oldu: Sən məlumat verdin mi ki mediya işıqlandırmadı?
Baxın dostlar, bu kimi hadisələrdə mediyanın ən böyük köməyi sizlərsiniz. Böyük əksəriyyətinizin videokameralı mobil telefonlarınız var. Hadisə yerində gördüyünüzü olduğu kimi çəkirsiniz, şikayətçiləri danışdırırsınız, problemin qaynağını adi vətəndaş kimi araşdırırsınız və çəkdiyinizi paylaşırsınız. Bu qədər bəsit. Sizin buna tam hüququnuz çatır. Heç nədən çəkinməyərək hadisənin işıqlandırılmasına yardımçı olun. Bəlkə də həmin olay cəmiyyətdə çox böyük səs-küyə səbəb olacaq hadisədir. Amma nə oldu? heç kim xəbər tutmadı, uçdu getdi.

вторник, 13 ноября 2012 г.

Parlamenti təhqir etmək olarmı?

Milli Məclisi zoopark adlandıranlar kimlərdi? Seçkidə həmin məclisə üzv olmaq istəyənlər, seçilib mandatını əldə edə bilməyənlər, parlamentin buraxılmasını tələb edib yeni seçkilərlə öz namizədlərinin seçilməsini istəyənlər, potensial deputatlar. Yaxşı, birdən olmasaydı elə, olsaydı belə, həmin adamların istəkləri həyata keçsəydi, yəni özləri (ya da namizədləri) deputat olsaydı həmin zoopark adlandırdıqlar yerdə oturmayacaqdılarmı? Əgər Milli Məclisi tərkibinə görə təhqir edirlərsə zəhmət olmasa bunu etməsinlər. Bir-bir həmin deputatları söysünlər, hansı heyvan adlarını kimə istəyirlər qoysunlar.

среда, 7 ноября 2012 г.

Gecə 2-də 3 müxalif fəal saxlanıldı


Elvin Baycan, Musa Rahim və Dəyanət Babayev 22-ci polis bölməsinə aparılıb. İndicə Elvin Baycandan məlumat aldım, o, axşamdan bəri izlənildiklərini deyir: "Bundan narahat olub şəhərin mərkəzindəki nəzarət kameraları vasitəsilə polisə tanımadığımız mülki geyimlilərin bizi izlədiyini xəbər verdik. Az sonra bir dükanda bizdən asılı olmadan süni şəkildə yaranan münaqişənin iştirakçısına çevrildik. Bundan sonra polis əməkdaşları Bizi saxlayaraq  22 polis bölməsinə apardı"

Elvin Baycan polisin onlara təzyiq edərək  gecə vaxtı etiraz aksiyası keçirdiklərini boyuna almağı tələb etdiyini deyir.



bizi saxta eksperte aparirlar

Deyanet babayeve heleki 310 uze durmaqla sutkaya gondermek qerar cixdi

Deyanetle Elvin Baycan (men) Musa Rahimi 22-ci polis bolmesine apardilar. Dostlar ve jurnalistler ehtiyacimiz var

четверг, 18 октября 2012 г.

Yoxsa hamı haqsızdır, haqlı olan Yeni Müsavatdır?


Köşə yazarı Şahvələd Çobanoğlu Müsavat başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə Yeni Müsavat və Rauf Arifoğlu ilə bağlı haqlı suallar ünvanladı. Yeni Müsavatdakı "HAKİMİYYƏTLƏ MÜXALİFƏT ARASINDA “2013 ƏVƏZİNƏ 2015” ANLAŞMASI", " KLANLARIN GIZLI MÜHARİBƏSİNİN PREZİDENTƏ FAYDASI” yazılarından sonra Şahvələd bəy insanları düşündürən haqlı sualları öz adından verməyə məcbur oldu. Bu yazılar müxalif düşərgədə səs-küyə səbəb oldu və Şahvələd bəyin "Çərxi-video-tapmaca" köşəsi pik nöqtəsi oldu.
Bunun ardınca İsa bəyin müşaviri Yadigar Sadıqov İP üzvlüyündən imtina etdi. Ardınca Müsavat başqanın yaxını sayılan Ərəstun Oruclu İP-dən istefa verdi. Rauf Arifoglu isə Müsavatdan və İsa Gəmbərdən buna münasibət tələb etdi. Eyni zamanda azadlıq qəzetinə bu gunki müsahibəsində bunu da dilə gətirdi: «İlham Əliyevi dəstəkləməyin Azərbaycana faydalı olduğunu görsəm, bu dəstəyi açıq şəkildə verəcəm»
Gözlər başqana dikildi. Başqan nə etdi? Yeni Müsavat qəzetinə və Rauf Arifogluna tam etimadı oldugunu, yəni Rauf Arifoglunun yanında oldugunu açıq formada ifadə etdi.
İndi suallar yaranır. Doğurdanmı, İsa bəy Rauf Arifoğluna inanır? Doğurdanmı Yeni Müsavatın yazdığı kimi müxalifətlə hakimiyyət arasında anlaşma var? Yoxsa hamı haqsızdır, haqlı olan Yeni Müsavatdır?

вторник, 11 сентября 2012 г.

Hikmət Əliyevin yazısı "15 sentyabr nə günüdür?"



İslam Şıxəli: Dostlar, blogumun icarə bölməsi fəaliyyətdədir. Hikmət Əliyevin maraqlı yazılarını paylaşmaq və təhsil sistemimizin gələcəyimizi daha necə məhv etdiyini sizə çatdırmaq istədim. Buyurun oxuyun.

21 il keçdi sovet rejiminin dağılmasından. Başqa respublikaları deyə bilmərəm, amma bizim hər şeyimiz dağıldı; səhiyyəmiz, hərbimiz, iqtisadiyyatımız, tariximiz, gələcəyimiz... Əlbəttə ki, bütün bunlar sovetin yox, sovetin törəməsi olan YAP rejiminin xüsusi xidmətləriylə mümkün olmuşdur.
Təhsili də islahatlar adı ilə dağıtdılar. İslahatlar adı altında daha nə oyunlardan çıxmadılar?! Uğursuz tətbiq olunan kurrikulum, boloniya sistemləri, ali məktəblərdəki korrupsiya, özəl ali məktəblərin açılıb qapadılması, 150 bal, səhvlərlə dolu dərsliklər, məktəblilərə sırınan iş dəftərləri, baha qiymətə keyfiyyətsiz məktəbli geyimləri, reklam bülletenini xatırladan gündəliklər, şəxsiyyətə pərəstiş üzərində "rbiyələndirib" gələcək nəslin mənəvi şikəst qoyulması, daha nələr-nələr...


Diqqətdən kənar qalan bir şey vardı, o da dərs ilinin başlanma tarixi idi. Tehsil başbilənlərimiz ona da əl uzatdılar. Artìq bir neçə ildir ki, dərslər 1 sentyabrda yox, 15 sentyabrda başlayır. Bu tarixə müdaxilə etmək üçün nə bəhanələr uydurmadılar?! Guya 1 sentyabrda havalar isti olurmuş, insanlar hələ uzaq ölkələrdə dincəlirmiş... Məqsəd yenə də əsl mahiyyəti gizlətməklə tarixi saxtalaşdırmaqdır. Keçənlərdə təsadüfən İtv-ninşük viktorina verilişinə baxıram, aparıcı sual verir: "15 sentyabr nə günüdür?". İştirakçılardan biri süni sevinclə: ”Bilik Günü", aparıcı: Afərin! Doğru tapdınız!” Əslində tarixdən bir az anlayan adam olsaydı, aparıcıya deyərdi ki, bizə sırıdığınız Bilik Günü deyil, Kələk Günüdür. Siz nə qədər kələk gəlniz də bu günün böyüklüyünü bu xalqa unutdura bilməyəcəksiniz.



15 Sentyabr Türk Ordusunun 1918-ci ilde Bakını erməni-rus işğalçılarından azad etdiyi gündür. Belə bir tarixi insanların yaddaşından silmək üçün siz Bilik gününün tarixini də dəyişdirdiniz. Kələkbazlar! Bir keçmiş sovet vətəndaşı kimi 1 Sentyabr Bilik günü menə çox əzizdir. Keçən il ilk dəfə mən də 15 sentyabrda məktəbə getdim, təbii ki, özüm yox, oğlum təhsil marafonuna start verirdi. Məktəbdəki sıxıcıılış mərasimini yola verib, hansı sürətlə Türk Əsgərlərinin Abidəsi önündəki tədbirə özümü çatdırdığımı bir Allah bilir. Demək daha neçə-neçə vətəndaş Bakının işğalçılardan azad olunması gününü xüsusi qeyd etmək imkanından məhrum olur, əlbəttə ki, səbəb  Bilik gününün qaçhaqaçıdır. Hələ ilk dərs günü Bakının azad olunması haqda uşaqlara müəllimləri tərəfindən məlumat verilib verilməməsi məlum deyil. Yəqin ki, bu da "unudulur".

Gələk bu ilə. 15 sentyabr həftənin şənbə , yəni istirahət gününəşür. Amma Təhsil Nazirliyi yenə də insanların başını geydirmə Bilik günü ilə qatmaqda israrlıdır. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə 15 sentyabrda ölkənin bütün məktəblərində bayram tədbirləri keçiriləcəyini deyir.

Saxta tarixləri doğru kimi xalqa sırımaq avtoritar rejimlərin xislətindədir. Gəlin məlumatsız insanlarımıza, əsasən də uşaqlarımıza 15 sentyabrı Bilik günü kimi yox, Bakının azad olunduğu gün kimi tanıdaq. Bizə kələk yox, Bilik lazımdır!
H.Əliyev