вторник, 21 августа 2012 г.

Bir-bizinizlə döyüşmək alnınızamı yazılıb?



Müsavat Partiyasının bir çox üzvləri iddia edir ki müxalifətdə ən güclü lider İsa Qəmbərdir. Hakimiyyət onun 2013 seçkisindəki gücündən ehtiyyat edib cəmiyyətin diqqətini Əli Kərimlinin üstünə yönəldir. Ona görə Əli Kərimliyə daha çox təzyiq göstərilir. Hətta bəziləri Kərimlinin hakimiyyətlə əlbir olub öz xeyiri üçün bu oyunu oynadığını deyir. Yəqin bunu təkzib etməzlər, çünki qeyd etdiklərimi dəfələrlə facebookda yazıblar.
Bu cür birlik kimə lazımdır? Nəyə lazımdır "Biz dostuq, qardaşıq" deyib sonra bir-birini hakimiyyətə işləməkdə ittiham etmək?
Ümumiyyətlə müxalif partiyalar və təşkilatlar arasında soyuq və isti müharibə gedir. Müttəfiqlər arasında münaqişələrin olması normal hal sayılır. O vaxt ki, nəticə konstruktiv olardı. Yoxsa beyinlər qızanda bir-birinə olmazın sözlər deyib sonra normal fəaliyyətə davam davam etmək ayıbdır. Bir insanın ağlından digəri barədə istənilən fikir keçə bilər. Amma söhbət düşəndə elə etmək lazımdır ki sonrası üçün əl yeri saxlayasan. 

Bir-bizinizlə döyüşmək alnınızamı yazılıb?