четверг, 12 января 2012 г.

Heydər Əliyevin "Dost"ları

 Bu yaxınlarda blog yazılarını eşələyəndə Bəyim Həsənlinin bu yazısına rast gəldim: http://beyimhasanli.wordpress.com/page/5/
Yazıya yerləşdirilmiş şəkildəki maşının yiyəsini tanıdım.
O "adi adam" deyil. Hövsan tərəflərdə yaşayır. Heydər Əliyevin yaxın dostlarından idi. Kuba lideri Fidel Kastroya oxşayır. Bu adama elə Hövsanda da tanışları Fidel müəllim deyə müraciət edir. Bir maşını da var, mersedes (4 göz). Onun şüşəsinə də belə bir şəkil yapışdırıb: Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyeva, qızlarından hansısa biri, həmin bu "Fidel müəllim", onun ailəsi oturublar bunların bağ evində çay içirlər. Həmin maşını isə bu adam nömrəsiz sürür.
İlk dəfə Fidel müəllimi mən hələ uşaq ikən Naftalan şəhərində kafelərin birində atam və dostları ilə oturub yeyib içəndə görmüşdüm. Bizdən 1 stol o tərəfdə oturmuşdu. Məni yanına çağıraraq üzümü öpdü və stolda yarımçıq qoyduğum bokalı göstərərək " Çox yaşamaq istəyirsənsə çalış içmə" dedi. Atam və dostları onun hərbi hissələrə (və digər "hörmət"lə həll olunan problem ocaqlarına) gedib işi düşən adamların problemlərini həll etdiyindən danışırdı.
Sözümün canı var; Heydər Əliyevin bunun kimi bir neçə qeyri adi "dostları" vardı. Misal: Lerikdə çoban Xanış.
 
Heydər Əliyev bu adamlardan çox məharətlə istifadə edirdi. Ayrı-ayrı yerlərdəki rəsmi əl-altılarına o qədər də güvənmədiyi üçün bu cür sadiq dostlar tapırdı özünə. Əslində bunlar onun üçün lap çox işlər görürlər və ətrafındakı minlərlə siyasi fiqurlardan, dövlət adamlarından, xalq artistlərindən daha sadiq olurlar. Bir şey var ki, həmin adamlar gərək bir az başdan xarab olsun və maraqlısı da budur  ki, Heydər Əliyev onları yerin dibində də olsa axtarıb tapırdı.

Həyatda dost yaxşı şeydi, amma baxır kim kimin dostudur :)

суббота, 7 января 2012 г.

Bakı Jurnalistika Məktəbi



Bu gün Bakı Jurnalistika Məktəbində son günümüz idi. 
Məktəb 19-cu buraxılışını keçirdi. Kursda "Trimedia kursları" tədris olunurdu.Mən də bu 3 aylıq kursda iştirak etdim və gələcək həyatım üçün başqa heç yerdən ala bilməyəcəyim biliklər əldə etdim. 
Məktəbin müəllimləri tələbələrinə lazım olan hər şeyi – texniki vasitələrdən istifadə qaydalarından tutmuş, ünsiyyət yaratmaq, jurnalist davranışına qədər tam dəqiqliyi ilə öyrədir, onlara gələcəkdə ən yaxşı telekanal, radio, qəzet və xəbər portallarında çalışacaq məktəbin nümunəvi məzunları kimi baxırlar. Mən deyərdim ki, hətta ən kəskin müxalif mövqe tutan və ya hakimiyyəti dəstəkləyən insan orada junalistin tərəf tutmamalı olduğunu, istənilən hadisəyə obyektiv – kimsənin marağı çərçivəsində olmadan yanaşmağı və xəbər hazırlamağı öyrədir. Bir sözlə Bakı jurnalistika Məktəbi tələbələri dünyanın ən peşəkar jurnalistləri səviyyəsinə qaldıra biləcək məktəbdir.