вторник, 11 сентября 2012 г.

Hikmət Əliyevin yazısı "15 sentyabr nə günüdür?"



İslam Şıxəli: Dostlar, blogumun icarə bölməsi fəaliyyətdədir. Hikmət Əliyevin maraqlı yazılarını paylaşmaq və təhsil sistemimizin gələcəyimizi daha necə məhv etdiyini sizə çatdırmaq istədim. Buyurun oxuyun.

21 il keçdi sovet rejiminin dağılmasından. Başqa respublikaları deyə bilmərəm, amma bizim hər şeyimiz dağıldı; səhiyyəmiz, hərbimiz, iqtisadiyyatımız, tariximiz, gələcəyimiz... Əlbəttə ki, bütün bunlar sovetin yox, sovetin törəməsi olan YAP rejiminin xüsusi xidmətləriylə mümkün olmuşdur.
Təhsili də islahatlar adı ilə dağıtdılar. İslahatlar adı altında daha nə oyunlardan çıxmadılar?! Uğursuz tətbiq olunan kurrikulum, boloniya sistemləri, ali məktəblərdəki korrupsiya, özəl ali məktəblərin açılıb qapadılması, 150 bal, səhvlərlə dolu dərsliklər, məktəblilərə sırınan iş dəftərləri, baha qiymətə keyfiyyətsiz məktəbli geyimləri, reklam bülletenini xatırladan gündəliklər, şəxsiyyətə pərəstiş üzərində "tərbiyələndirib" gələcək nəslin mənəvi şikəst qoyulması, daha nələr-nələr...


Diqqətdən kənar qalan bir şey vardı, o da dərs ilinin başlanma tarixi idi. Tehsil başbilənlərimiz ona da əl uzatdılar. Artìq bir neçə ildir ki, dərslər 1 sentyabrda yox, 15 sentyabrda başlayır. Bu tarixə müdaxilə etmək üçün nə bəhanələr uydurmadılar?! Guya 1 sentyabrda havalar isti olurmuş, insanlar hələ uzaq ölkələrdə dincəlirmiş... Məqsəd yenə də əsl mahiyyəti gizlətməklə tarixi saxtalaşdırmaqdır. Keçənlərdə təsadüfən İtv-nin düşük viktorina verilişinə baxıram, aparıcı sual verir: "15 sentyabr nə günüdür?". İştirakçılardan biri süni sevinclə: ”Bilik Günü", aparıcı: ”Afərin! Doğru tapdınız!” Əslində tarixdən bir az anlayan adam olsaydı, aparıcıya deyərdi ki, bizə sırıdığınız Bilik Günü deyil, Kələk Günüdür. Siz nə qədər kələk gəlsəniz də bu günün böyüklüyünü bu xalqa unutdura bilməyəcəksiniz.



15 Sentyabr Türk Ordusunun 1918-ci ilde Bakını erməni-rus işğalçılarından azad etdiyi gündür. Belə bir tarixi insanların yaddaşından silmək üçün siz Bilik gününün tarixini də dəyişdirdiniz. Kələkbazlar! Bir keçmiş sovet vətəndaşı kimi 1 Sentyabr Bilik günü menə çox əzizdir. Keçən il ilk dəfə mən də 15 sentyabrda məktəbə getdim, təbii ki, özüm yox, oğlum təhsil marafonuna start verirdi. Məktəbdəki sıxıcı açılış mərasimini yola verib, hansı sürətlə Türk Əsgərlərinin Abidəsi önündəki tədbirə özümü çatdırdığımı bir Allah bilir. Demək daha neçə-neçə vətəndaş Bakının işğalçılardan azad olunması gününü xüsusi qeyd etmək imkanından məhrum olur, əlbəttə ki, səbəb  Bilik gününün qaçhaqaçıdır. Hələ ilk dərs günü Bakının azad olunması haqda uşaqlara müəllimləri tərəfindən məlumat verilib verilməməsi məlum deyil. Yəqin ki, bu da "unudulur".

Gələk bu ilə. 15 sentyabr həftənin şənbə , yəni istirahət gününə düşür. Amma Təhsil Nazirliyi yenə də insanların başını geydirmə Bilik günü ilə qatmaqda israrlıdır. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə 15 sentyabrda ölkənin bütün məktəblərində bayram tədbirləri keçiriləcəyini deyir.

Saxta tarixləri doğru kimi xalqa sırımaq avtoritar rejimlərin xislətindədir. Gəlin məlumatsız insanlarımıza, əsasən də uşaqlarımıza 15 sentyabrı Bilik günü kimi yox, Bakının azad olunduğu gün kimi tanıdaq. Bizə kələk yox, Bilik lazımdır!
H.Əliyev

вторник, 21 августа 2012 г.

Bir-bizinizlə döyüşmək alnınızamı yazılıb?



Müsavat Partiyasının bir çox üzvləri iddia edir ki müxalifətdə ən güclü lider İsa Qəmbərdir. Hakimiyyət onun 2013 seçkisindəki gücündən ehtiyyat edib cəmiyyətin diqqətini Əli Kərimlinin üstünə yönəldir. Ona görə Əli Kərimliyə daha çox təzyiq göstərilir. Hətta bəziləri Kərimlinin hakimiyyətlə əlbir olub öz xeyiri üçün bu oyunu oynadığını deyir. Yəqin bunu təkzib etməzlər, çünki qeyd etdiklərimi dəfələrlə facebookda yazıblar.
Bu cür birlik kimə lazımdır? Nəyə lazımdır "Biz dostuq, qardaşıq" deyib sonra bir-birini hakimiyyətə işləməkdə ittiham etmək?
Ümumiyyətlə müxalif partiyalar və təşkilatlar arasında soyuq və isti müharibə gedir. Müttəfiqlər arasında münaqişələrin olması normal hal sayılır. O vaxt ki, nəticə konstruktiv olardı. Yoxsa beyinlər qızanda bir-birinə olmazın sözlər deyib sonra normal fəaliyyətə davam davam etmək ayıbdır. Bir insanın ağlından digəri barədə istənilən fikir keçə bilər. Amma söhbət düşəndə elə etmək lazımdır ki sonrası üçün əl yeri saxlayasan. 

Bir-bizinizlə döyüşmək alnınızamı yazılıb?

среда, 30 мая 2012 г.

Rəşadın ölümü

Bu gün doğum günümdü.
Uşaqlıqdan bəri elə bir doğum günüm olmayıb ki, normal sevinclə qeyd edim. Əksəriyyətində sevdiklərim - babam, çox yaxın qohumlarım, atamın xidmət etdiyi hərbi hissələrdə xidmətdə olan əsgərlər (dəfələrlə) dünyasını dəyişib, bir dəfə üstümə çaydan dağılıb başdan aşağı yanmışam. Yəni elə bir doğum günüm olmayıb ki, ağlamayım. Bu dəfə də mübarizə yoldaşım. Nə bilimee Rəşadın vəfatı bu sektorda ən çox mənə pis təsir elədi.  Eyni məktəbi oxumuşuq, eyni məhlədə - üzbəüz binalarda yaşamışıq və eyni siyasi partiyada eyni məqsədlərçün fəaliyyət göstərmişik.
Həmişə danışardıq. Deyingən biri deyildi, amma insanların aksiyalara, mitinqlərə niyə səhlənkar yanaşması barədə danışıb hey əsəbləşərdi. Deyirdi ki, xəstəyəm deyə aksiyalara çıxa bilmirəm, sora vəziyyətim dəyişir, məni kimsə aparmalı olur. Belə aksiyalarda bizi internetdən izləməli olurdu. Belə olanda da çox əsəbiləşirdi. Bu yaxınlarda Nihad Hüseynov mitinqə çağırış vərəqəsi payladığına görə həbs olunanda az qalırdı dəli olsun.
Danışıqlarımız "siz"lə davam edirdi, amma çox səmimi idik. Öləcəyini bilirdi və deyirdi: "Ölüb getmk bir şey deyil, bu canımla bir şey edə bilməməyimə yanıram. Bu ölkəni dəyişə bilməsəm necə ölə bilərəm? Bizdən sonrakı nəsil də bizi qınasın ki, "niyə rejimi dəyişə bilmədiniz?"?"

Adam humanist biri idi. AXCP Gənclər Komitəsində məsələ qaldırmışdı ki "Qanvermə aksiyası" keçirək. Etdi və uğurlu alındı. Özü kimi tallesemiyalı xəstələrə qan toplanmasına nail oldu. Bu yaxınlarda Azad Gənclik Təşkilatı ilə uşaq evinə yetim uşaqlara baş çəkməyə getmişdi. Foto reportyor olmaq istəyirdi. Bakı Jurnalistika Məktəbinə müraciət etmək üçün link göndərmişdim. Həvəsli idi, amma kurslar yay fəslində olacaqdı deyə sağlamlığına görə gedə bilməyəcəyini dedi. İsti havada yolda halı pisləşə, huşunu itirə bilərdi.
Bəzən mübarizə aparan insanlar deyirlər ki, bir-iki nəfər qurban getsə bəlkə hərəkətlənmə olar, insanlar bezib ayağa qalxar, bu rejimi devirər. Elmar Hüseynovun, Rafiq Tağının qətli yetərincə səbəb verirdi ki insanlar qalxsın. Amma təkcə onların ölümümü? Məgər Rəşadın ölümü bu rejimin ucbatından deyil? Deyim bilin! Rəşad tallesemiya xəstələrinə yetərincə yardım edilmədiyini deyirdi. Bu sahə ölkənin "birinci xanım"ının  əlində olduğunu amma xəstələrə vaxtı-vaxtında qan və lazım olan dərmanlar verilmədiyini deyirdi. Onun ölümünü eşidən kimi facebook hesabına baxdım, xətdə kimsə vardı. Yazdım, xalasının nəvəsi imiş onun profilindən girən. Bu kiçik qız uşağı mənə bilirsiniz nə dedi? Dedi ki, "Rəşad dayı sudurğa keçirmişdi, həkimə apardılar. Həkimlər yoxlamayıblar, bir neçə gün imiş ki qara ciyəri "otkaz" edib"
Rəşad bu hakimiyyətin qurbanı olan sonuncu insan deyil. Siyahı hərgün daha qabarıq şəkildə yenilənir.
bu qədər...

четверг, 12 апреля 2012 г.

Mülkiyyət (FOTO)

Mirzağa Əliyev küçəsində yaşayan neçə-neçə ailənin taleyi məhv edilir

Qonşularının yarısından çoxu evlərini satıb getməyə məcbur olub. Zemfira xala isə təklif olunan pula normal ev tapa bilmir

Həşimova Zemfira: "Evimin müqabilində mən çölə atılacam, kimlərsə istirahət edəcək, pul qazanacaq"``

2 mərtəbəli evindən çıxması üçün ona 36 min manat təklif olunur

Sülh və Demokratiya İnstitunun yerində qurulan inkişaf

Muxtar Rzayevdən miras qalan evi Əli Rza Muxtar oğlu Süleymana miras qoymaq istəyir, amma evlər sökülməkdədir

Evlər sökülməyə başlayandan bəri 9 yaşlı Süleyman evin içində "ana divarın" dibində durur ki, birdən ev yıxılsa zərərdən az da olsa yayına bilsin

Yaxınlıqdakı binalarda 2 otaqlı evin qiyməti sökülməkdə olan 2 otaqlı evin qiymətindən 2 dəfə çoxdur

Bəstəkar Əli Rza Muxtar və qardaşı İlqar evlərindən çıxmaları üçün onlara edilən təzyiqlərə təslim olmur və ata yadigarı olan evi qorumağa çalışır

Gecə saat 3-də İlqar Rzayev 2 yaşlı körpəsini və həyat yoldaşını qucağına çəkməsəydi indi onlar buldozerin evin damından içəri tökdüyü daşların altında idilər

воскресенье, 11 марта 2012 г.

"Bomba yol"


Türkiyə səfirliyi, Bakı Dövlət Sirki,Təzə Bazar... Avtobus sürünə-sürünə üzü aşağı irəliləyir. Aha, sürət birdən-birə artır, tıxacdan əsər-əlamət qalmır. Ön sırada oturan qız rəfiqəsinə "Burdan nə bomba yol çəkdilər eee" pıçıldayır. Gözümü bir anlıq "Azadlıq" qəzetindən ayırıb, söhbətin hansı yoldan getdiyini pəncərədən "soruşuram"... Kaş ki, heç "soruşmasaydım"... Bura yol deyil, bura bizim (həm də mənim) üzqaramızdır. Daha 3 ay əvvələ qədər bura vicdan məhbusu Tural Abbaslının qalası idi, həm də 145 yaşlı tarixi qalası. Tural, bağışla bizi... O qalanı bizlərə əmanət etdin, amma... amma qoruya bilmədik əmanəti. O əmanətin yərində isə indi halallığı alınmayan "bomba" yol çəkilmişdir.
İnsanlar bu yollarda avtoşluq edəcək,"Qış bulvarı"nda buz üstə sürüşüb, əylənəcəklər. Onlar aldıqları həzzin minlərlə insanın acısı hesabına başa gəldiyini düşünəcəklərmi? Onlar tarixi, insani dəyərlərin məhv olması qarşılığında əyləndiklərinə utanacaqlarmı? Hakimiyyət mənsublarının hər addımbaşı gözümüzə soxmağa çalışdıqları parklar, yollar neçə-neçə tarixi binaların, insan talelərinin yıxılması ilə inşa olunmuşdur.
İndi seçim zamanıdır: ya manqurtlaşıb, biz de bu "inkişafı" tərifləməli,ya da mənəvi dəyərləri üstün tutub, dağıdıcı rejimi tarixin arxivinə göndərməliyik.


Müəllif Hikmət Əliyevdir.