İslam Şıxəli: Dostlar, blogumun icarə bölməsi fəaliyyətdədir. Hikmət Əliyevin maraqlı yazılarını paylaşmaq və təhsil sistemimizin gələcəyimizi daha necə məhv etdiyini sizə çatdırmaq istədim. Buyurun oxuyun.
21 il keçdi
sovet rejiminin dağılmasından. Başqa
respublikaları deyə bilmərəm, amma
bizim hər şeyimiz dağıldı; səhiyyəmiz, hərbimiz, iqtisadiyyatımız, tariximiz, gələcəyimiz... Əlbəttə ki, bütün
bunlar sovetin yox, sovetin törəməsi olan YAP rejiminin
xüsusi xidmətləriylə mümkün olmuşdur.
Təhsili də islahatlar adı ilə dağıtdılar. İslahatlar adı altında daha nə oyunlardan çıxmadılar?! Uğursuz tətbiq olunan kurrikulum, boloniya sistemləri, ali məktəblərdəki korrupsiya, özəl ali məktəblərin açılıb qapadılması, 150
bal, səhvlərlə dolu dərsliklər, məktəblilərə sırınan iş dəftərləri, baha qiymətə keyfiyyətsiz məktəbli geyimləri, reklam bülletenini xatırladan gündəliklər, şəxsiyyətə pərəstiş üzərində "tərbiyələndirib" gələcək nəslin mənəvi şikəst qoyulması, daha nələr-nələr...
Diqqətdən kənar qalan bir şey vardı, o da dərs
ilinin başlanma tarixi idi. Tehsil başbilənlərimiz ona da əl uzatdılar. Artìq bir neçə ildir
ki, dərslər 1 sentyabrda yox, 15 sentyabrda
başlayır. Bu
tarixə müdaxilə etmək üçün nə bəhanələr uydurmadılar?! Guya 1 sentyabrda havalar isti olurmuş, insanlar hələ uzaq ölkələrdə dincəlirmiş... Məqsəd yenə də əsl mahiyyəti gizlətməklə tarixi saxtalaşdırmaqdır. Keçənlərdə təsadüfən İtv-nin düşük viktorina verilişinə baxıram, aparıcı sual verir: "15
sentyabr nə günüdür?". İştirakçılardan biri
süni sevinclə: ”Bilik Günü", aparıcı: ”Afərin! Doğru tapdınız!” Əslində tarixdən bir az
anlayan adam olsaydı, aparıcıya deyərdi ki, bizə sırıdığınız Bilik Günü
deyil, Kələk Günüdür. Siz nə qədər kələk gəlsəniz də bu günün böyüklüyünü bu xalqa unutdura bilməyəcəksiniz.
15 Sentyabr Türk
Ordusunun 1918-ci ilde Bakını erməni-rus işğalçılarından azad etdiyi gündür. Belə bir tarixi insanların yaddaşından silmək üçün siz
Bilik gününün tarixini də dəyişdirdiniz. Kələkbazlar! Bir
keçmiş sovet vətəndaşı kimi 1
Sentyabr Bilik günü menə çox əzizdir. Keçən il ilk dəfə mən də 15 sentyabrda
məktəbə getdim, təbii ki, özüm yox, oğlum təhsil marafonuna
start verirdi. Məktəbdəki sıxıcı açılış mərasimini yola verib, hansı sürətlə Türk Əsgərlərinin Abidəsi önündəki tədbirə özümü çatdırdığımı bir Allah
bilir. Demək daha neçə-neçə vətəndaş Bakının işğalçılardan azad olunması gününü
xüsusi qeyd etmək imkanından məhrum olur, əlbəttə ki, səbəb Bilik gününün qaçhaqaçıdır. Hələ ilk dərs günü Bakının azad olunması haqda uşaqlara müəllimləri tərəfindən məlumat verilib verilməməsi məlum deyil. Yəqin ki, bu da "unudulur".
Gələk bu ilə. 15 sentyabr həftənin şənbə , yəni istirahət gününə düşür. Amma Təhsil Nazirliyi yenə də insanların başını geydirmə Bilik günü ilə qatmaqda
israrlıdır. Təhsil Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Bayram Hüseynzadə 15
sentyabrda ölkənin
bütün məktəblərində bayram tədbirləri keçiriləcəyini deyir.
Saxta tarixləri doğru kimi xalqa sırımaq avtoritar
rejimlərin xislətindədir. Gəlin məlumatsız insanlarımıza, əsasən də uşaqlarımıza 15 sentyabrı Bilik günü kimi yox, Bakının azad olunduğu gün kimi tanıdaq. Bizə kələk yox, Bilik lazımdır!
H.Əliyev