четверг, 18 октября 2012 г.

Yoxsa hamı haqsızdır, haqlı olan Yeni Müsavatdır?


Köşə yazarı Şahvələd Çobanoğlu Müsavat başqanı İsa Qəmbərə və AXCP sədri Əli Kərimliyə Yeni Müsavat və Rauf Arifoğlu ilə bağlı haqlı suallar ünvanladı. Yeni Müsavatdakı "HAKİMİYYƏTLƏ MÜXALİFƏT ARASINDA “2013 ƏVƏZİNƏ 2015” ANLAŞMASI", " KLANLARIN GIZLI MÜHARİBƏSİNİN PREZİDENTƏ FAYDASI” yazılarından sonra Şahvələd bəy insanları düşündürən haqlı sualları öz adından verməyə məcbur oldu. Bu yazılar müxalif düşərgədə səs-küyə səbəb oldu və Şahvələd bəyin "Çərxi-video-tapmaca" köşəsi pik nöqtəsi oldu.
Bunun ardınca İsa bəyin müşaviri Yadigar Sadıqov İP üzvlüyündən imtina etdi. Ardınca Müsavat başqanın yaxını sayılan Ərəstun Oruclu İP-dən istefa verdi. Rauf Arifoglu isə Müsavatdan və İsa Gəmbərdən buna münasibət tələb etdi. Eyni zamanda azadlıq qəzetinə bu gunki müsahibəsində bunu da dilə gətirdi: «İlham Əliyevi dəstəkləməyin Azərbaycana faydalı olduğunu görsəm, bu dəstəyi açıq şəkildə verəcəm»
Gözlər başqana dikildi. Başqan nə etdi? Yeni Müsavat qəzetinə və Rauf Arifogluna tam etimadı oldugunu, yəni Rauf Arifoglunun yanında oldugunu açıq formada ifadə etdi.
İndi suallar yaranır. Doğurdanmı, İsa bəy Rauf Arifoğluna inanır? Doğurdanmı Yeni Müsavatın yazdığı kimi müxalifətlə hakimiyyət arasında anlaşma var? Yoxsa hamı haqsızdır, haqlı olan Yeni Müsavatdır?

Комментариев нет:

Отправить комментарий