суббота, 7 января 2012 г.

Bakı Jurnalistika Məktəbi



Bu gün Bakı Jurnalistika Məktəbində son günümüz idi. 
Məktəb 19-cu buraxılışını keçirdi. Kursda "Trimedia kursları" tədris olunurdu.Mən də bu 3 aylıq kursda iştirak etdim və gələcək həyatım üçün başqa heç yerdən ala bilməyəcəyim biliklər əldə etdim. 
Məktəbin müəllimləri tələbələrinə lazım olan hər şeyi – texniki vasitələrdən istifadə qaydalarından tutmuş, ünsiyyət yaratmaq, jurnalist davranışına qədər tam dəqiqliyi ilə öyrədir, onlara gələcəkdə ən yaxşı telekanal, radio, qəzet və xəbər portallarında çalışacaq məktəbin nümunəvi məzunları kimi baxırlar. Mən deyərdim ki, hətta ən kəskin müxalif mövqe tutan və ya hakimiyyəti dəstəkləyən insan orada junalistin tərəf tutmamalı olduğunu, istənilən hadisəyə obyektiv – kimsənin marağı çərçivəsində olmadan yanaşmağı və xəbər hazırlamağı öyrədir. Bir sözlə Bakı jurnalistika Məktəbi tələbələri dünyanın ən peşəkar jurnalistləri səviyyəsinə qaldıra biləcək məktəbdir.

Mənə verdiyi biliklərə və vərdişlərimi daha yaxşısı ilə əvəzləməyə vadar etdiyinə görə məktəbin direktoru Zərdüşt Əlizadəyə
məktəbin əsas müəllimi Zeynal Məmmədliyə
diretkor müavini Ülvi Tahirova, 
əllimimiz Nəmənd Rüstəmova
Vüsalə Əlibəyliyə və Əhməd Muxtara təşəkkür edirəm!




Комментариев нет:

Отправить комментарий