четверг, 12 января 2012 г.

Heydər Əliyevin "Dost"ları

 Bu yaxınlarda blog yazılarını eşələyəndə Bəyim Həsənlinin bu yazısına rast gəldim: http://beyimhasanli.wordpress.com/page/5/
Yazıya yerləşdirilmiş şəkildəki maşının yiyəsini tanıdım.
O "adi adam" deyil. Hövsan tərəflərdə yaşayır. Heydər Əliyevin yaxın dostlarından idi. Kuba lideri Fidel Kastroya oxşayır. Bu adama elə Hövsanda da tanışları Fidel müəllim deyə müraciət edir. Bir maşını da var, mersedes (4 göz). Onun şüşəsinə də belə bir şəkil yapışdırıb: Heydər Əliyev, İlham Əliyev, Mehriban Əliyeva, qızlarından hansısa biri, həmin bu "Fidel müəllim", onun ailəsi oturublar bunların bağ evində çay içirlər. Həmin maşını isə bu adam nömrəsiz sürür.
İlk dəfə Fidel müəllimi mən hələ uşaq ikən Naftalan şəhərində kafelərin birində atam və dostları ilə oturub yeyib içəndə görmüşdüm. Bizdən 1 stol o tərəfdə oturmuşdu. Məni yanına çağıraraq üzümü öpdü və stolda yarımçıq qoyduğum bokalı göstərərək " Çox yaşamaq istəyirsənsə çalış içmə" dedi. Atam və dostları onun hərbi hissələrə (və digər "hörmət"lə həll olunan problem ocaqlarına) gedib işi düşən adamların problemlərini həll etdiyindən danışırdı.
Sözümün canı var; Heydər Əliyevin bunun kimi bir neçə qeyri adi "dostları" vardı. Misal: Lerikdə çoban Xanış.
 
Heydər Əliyev bu adamlardan çox məharətlə istifadə edirdi. Ayrı-ayrı yerlərdəki rəsmi əl-altılarına o qədər də güvənmədiyi üçün bu cür sadiq dostlar tapırdı özünə. Əslində bunlar onun üçün lap çox işlər görürlər və ətrafındakı minlərlə siyasi fiqurlardan, dövlət adamlarından, xalq artistlərindən daha sadiq olurlar. Bir şey var ki, həmin adamlar gərək bir az başdan xarab olsun və maraqlısı da budur  ki, Heydər Əliyev onları yerin dibində də olsa axtarıb tapırdı.

Həyatda dost yaxşı şeydi, amma baxır kim kimin dostudur :)

Комментариев нет:

Отправить комментарий