воскресенье, 26 июня 2011 г.

Zirehli ulaq

Gənclərin hərbi-vətənpərvər ruhda yetişməsi üçün dövlət tərəfindən bir sıra addımlar atılıb. Bunlara orta məktəbdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədris olunması, televiziyada tez-tez ruh yüksəldicisi hərbi verilişlərin yayımlanmasını göstərmək olar. Bu tip tədbirlərin gənclərin hərbi vətənpərvərliyini təmin etməsi isə heç də  inandırıcı deyil.
Praktikaya baxaq. Belə ki, ölkənin istənilən yerində “Bir “otpravka” üçün saxlatdırsam görəsən məndən nə qədər pul istəyərlər?”, “Filan yerə görəsən neçəyə saldırarlar?” və ya “Məzuniyyətə gəlmək üçün nə qədər pul vermək lazımdır?”  kimi suallarla tez-tez rastlaşırıq. Hələ xidmətə yararsız hərbi bilet almaq üçün çalışıb-vuruşanları, adı hərbi hissədə gedən özü isə evdə oturanları demirəm. Həftədə bir neçə əsgərimizin şəhid olması, şəraitsizlik, hərcmərclik və s. kimi problemlərin aradan qaldırılması üçün heç bir tədbir görülmədiyi halda orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədris olunması təbii ki, gənclərin hərbi xidmətə olan marağını artırmır.
Məlumata görə Səfər Əbiyevin “qüsursuz” işləmək prinsipinə uyğun olaraq ön xətdə-dağın başında hərbi maşınlar istifadə olunmasın deyə su daşımaq üçün uzunqulaqdan istifadə edirlər. Məncə qüsursuz işləmək üçün heç olmasa özümüzü o uzunqulağın yerinə qoymayaq.