среда, 31 июля 2013 г.

Tum çırtlayan qaqaş olmayın, hadisəni çəkin

Biri yazır ki tıxacda avtobusla gedirdim, bir də gördüm yol kənarında Hərbi Tibbi Yardım maşını xarab olub dayanıb, içində də ağır yaralı əsgər qan içində. Əsgərin atası digər hərbçilərə qışqırır ki, bəs "mənim oğlum burda can verir sizin maşınınız xarab olub?!"
İndi bunu yazan dost məndən xəbər alır ki, bu barədə mediyada məlumat gedibmi?
Cavabım belə oldu: Sən məlumat verdin mi ki mediya işıqlandırmadı?
Baxın dostlar, bu kimi hadisələrdə mediyanın ən böyük köməyi sizlərsiniz. Böyük əksəriyyətinizin videokameralı mobil telefonlarınız var. Hadisə yerində gördüyünüzü olduğu kimi çəkirsiniz, şikayətçiləri danışdırırsınız, problemin qaynağını adi vətəndaş kimi araşdırırsınız və çəkdiyinizi paylaşırsınız. Bu qədər bəsit. Sizin buna tam hüququnuz çatır. Heç nədən çəkinməyərək hadisənin işıqlandırılmasına yardımçı olun. Bəlkə də həmin olay cəmiyyətdə çox böyük səs-küyə səbəb olacaq hadisədir. Amma nə oldu? heç kim xəbər tutmadı, uçdu getdi.