вторник, 11 сентября 2012 г.

Hikmət Əliyevin yazısı "15 sentyabr nə günüdür?"



İslam Şıxəli: Dostlar, blogumun icarə bölməsi fəaliyyətdədir. Hikmət Əliyevin maraqlı yazılarını paylaşmaq və təhsil sistemimizin gələcəyimizi daha necə məhv etdiyini sizə çatdırmaq istədim. Buyurun oxuyun.

21 il keçdi sovet rejiminin dağılmasından. Başqa respublikaları deyə bilmərəm, amma bizim hər şeyimiz dağıldı; səhiyyəmiz, hərbimiz, iqtisadiyyatımız, tariximiz, gələcəyimiz... Əlbəttə ki, bütün bunlar sovetin yox, sovetin törəməsi olan YAP rejiminin xüsusi xidmətləriylə mümkün olmuşdur.
Təhsili də islahatlar adı ilə dağıtdılar. İslahatlar adı altında daha nə oyunlardan çıxmadılar?! Uğursuz tətbiq olunan kurrikulum, boloniya sistemləri, ali məktəblərdəki korrupsiya, özəl ali məktəblərin açılıb qapadılması, 150 bal, səhvlərlə dolu dərsliklər, məktəblilərə sırınan iş dəftərləri, baha qiymətə keyfiyyətsiz məktəbli geyimləri, reklam bülletenini xatırladan gündəliklər, şəxsiyyətə pərəstiş üzərində "rbiyələndirib" gələcək nəslin mənəvi şikəst qoyulması, daha nələr-nələr...


Diqqətdən kənar qalan bir şey vardı, o da dərs ilinin başlanma tarixi idi. Tehsil başbilənlərimiz ona da əl uzatdılar. Artìq bir neçə ildir ki, dərslər 1 sentyabrda yox, 15 sentyabrda başlayır. Bu tarixə müdaxilə etmək üçün nə bəhanələr uydurmadılar?! Guya 1 sentyabrda havalar isti olurmuş, insanlar hələ uzaq ölkələrdə dincəlirmiş... Məqsəd yenə də əsl mahiyyəti gizlətməklə tarixi saxtalaşdırmaqdır. Keçənlərdə təsadüfən İtv-ninşük viktorina verilişinə baxıram, aparıcı sual verir: "15 sentyabr nə günüdür?". İştirakçılardan biri süni sevinclə: ”Bilik Günü", aparıcı: Afərin! Doğru tapdınız!” Əslində tarixdən bir az anlayan adam olsaydı, aparıcıya deyərdi ki, bizə sırıdığınız Bilik Günü deyil, Kələk Günüdür. Siz nə qədər kələk gəlniz də bu günün böyüklüyünü bu xalqa unutdura bilməyəcəksiniz.



15 Sentyabr Türk Ordusunun 1918-ci ilde Bakını erməni-rus işğalçılarından azad etdiyi gündür. Belə bir tarixi insanların yaddaşından silmək üçün siz Bilik gününün tarixini də dəyişdirdiniz. Kələkbazlar! Bir keçmiş sovet vətəndaşı kimi 1 Sentyabr Bilik günü menə çox əzizdir. Keçən il ilk dəfə mən də 15 sentyabrda məktəbə getdim, təbii ki, özüm yox, oğlum təhsil marafonuna start verirdi. Məktəbdəki sıxıcıılış mərasimini yola verib, hansı sürətlə Türk Əsgərlərinin Abidəsi önündəki tədbirə özümü çatdırdığımı bir Allah bilir. Demək daha neçə-neçə vətəndaş Bakının işğalçılardan azad olunması gününü xüsusi qeyd etmək imkanından məhrum olur, əlbəttə ki, səbəb  Bilik gününün qaçhaqaçıdır. Hələ ilk dərs günü Bakının azad olunması haqda uşaqlara müəllimləri tərəfindən məlumat verilib verilməməsi məlum deyil. Yəqin ki, bu da "unudulur".

Gələk bu ilə. 15 sentyabr həftənin şənbə , yəni istirahət gününəşür. Amma Təhsil Nazirliyi yenə də insanların başını geydirmə Bilik günü ilə qatmaqda israrlıdır. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə 15 sentyabrda ölkənin bütün məktəblərində bayram tədbirləri keçiriləcəyini deyir.

Saxta tarixləri doğru kimi xalqa sırımaq avtoritar rejimlərin xislətindədir. Gəlin məlumatsız insanlarımıza, əsasən də uşaqlarımıza 15 sentyabrı Bilik günü kimi yox, Bakının azad olunduğu gün kimi tanıdaq. Bizə kələk yox, Bilik lazımdır!
H.Əliyev