понедельник, 5 сентября 2011 г.

Nəzir verməyən xələt versin


Toyu mən aparmışam*
Qız toyunda “bəytərifi”*


Mən saymışam ulduzların sayını,
Gəlsin xələt versin bəyin qayını (II H.Ə.)


Karadenizdə batıb çoxlu gəmisi,
Gəlib xələt versin Cəlal əmisi.


Oynuyaraq qəşəh bir yanıq kərəm,
Nərgiz xalasından xələt istərəm.


Heydər olub bu toxumun əkəni,
İndi xələt versin Emin kürəkəni.


Əliyevi yıxıb sürüdü “BBC”,
Xələt verəcəkmi Sevil bibisi?


Necə söyməyəsən bələ toxumu?
İndi xələt versin Araz qohumu.


Korrupsiyanı yığışdırıb tər-təmiz,
Gəlib xələt versin Mehdiyev Ramiz.

Neft pulların hesablıyıb say gətir,
Rövnəq, pulu xələt kimi pay gətir.


Naxçıvanı yaman günə salıbdı,
Vasif abisində xələt qalıbdı.


Ramazanda vermədiniz nəzirlər,
Gəlsin xələt versin bütün nazirlər.


Məclisimiz yekunlaşır bala-bala,
Niyə xələt verməyibdir Hacıbala?



Комментариев нет:

Отправить комментарий